Bank Of Baku

Gürcüstan NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Gürcüstan NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir
# 01 noyabr 2011 23:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan NATO ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Manana Mancqaladze noyabrın 1-də keçirdiyi brifinqdə Şimaliatlantika şurasının qarşıdakı yığıncağını və NATO-nun Baş katibi Andresa Foq Rasmussenin Gürcüstana səfərini şərh edərkən bildirib.
M. Mancqaladze Rasmussenin Gürcüstana səfəri və NATO-nun baş rəhbər orqanlarının- Şimaliatlantika şurasının alyans üzvləri olan ölkə səfirlərinin səviyyəsində keçiriləcək iclasın noyabrın 9-10-a planlaşdırıldığını deyib. "Biz Gürcüstan və NATO əməkdaşlığına və sonrakı tərəfdaşlığa çox böyük əhəmiyyət veririk. NATO şurasının iclası və Rassmussenin Tiflisə səfəri çərçivəsində planlaşdırılan siyasi görüşlər bu əməkdaşlığın inkişafında vacib rol oynayacaq,-" Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR