Günter Ottinger: “Avropa Birliyi iyulun 1-dən etibarən İrandan neft idxalına qadağa qoymaqda qərarlıdır”
16 iyun 2012 15:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran rəhbərliyini müxtəlif vasitələrlə nüvə proqramından çəkindirmək istəyirik. Bunun üçün də İranın maliyyə və enerji bazarına sanksiyalar tətbiq edilməsi çox əhəmiyyətlidir”. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger deyib. O bildirib ki, AB İranın ən əhəmiyyətli gəlir qaynağını əlindən almaq üçün iyulun 1-dən etibarən bu ölkədən neft idxalına icazə verilməməsi məsələsində qərarlıdır: “İrandan xeyli neft idxal edilir. Ancaq bizim bunu kompensasiya edə biləcək və Avropa vətəndaşlarının ehtiyacını qarşılaya biləcək mexanizmlərimiz var”.
G. Ottinger Avropanın hər yerində boru xətləri olduğunu söyləyib: “Bir yerdən digərinə, hətta Yunanıstana belə neft nəql edə bilərik. Terminallarımız, neft tankerləri üçün limanlarımız və ehtiyatlarımız da var. Hətta Avropada 120 gün boyunca istifadə edə biləcəyimiz neft anbarlarımız mövcuddur. Bundan başqa, əhəmiyyətli neft ortaqlarımız var. Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft hasil etmək və sata bilmək imkanına malikdir”.
Ottinger yalnız AB deyil, ABŞ, İsrail və digər qonşu ərəb ölkələrinin də İranın nüvə proqramını qəbul etmədiyini vurğulayıb: “Bu səbəbdən İran rəhbərliyinin öz qərarını dəyişdirməsini və konstruktiv bir mövqe nümayiş etdirməsini gözləyirik. Belə bir vəziyyətdə iqtisadiyyat və ticarət, habelə enerji sahəsindəki əməkdaşlıq yenidən davam etdirilə bilər”.
Qeyd edək ki, Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldəki toplantıda qəbul etdiyi qərara əsasən iyulun 1-dən etibarən İrandan neft idxalına qadağa qoyulacaq.

Avropa
Reuters: Slovakiya Fikonu öldürməyə cəhd edən şəxsin təkbaşına hərəkət etmədiyi versiyasını yoxlayır
18:57
19 may 2024
Business Insider: NATO-nun artıq Ukrayna üzərində səmanı necə qorumaq modeli var
18:38
19 may 2024
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024
Zurabişvili Makronu Gürcüstana dəvət edib
12:33
19 may 2024