İranın Rumıniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
18 iyun 2012 21:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Rumıniyadakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, rəsmi Tehranın Bəşər Əsəd rejimini dəstəkləməsinə etiraz olaraq Rumıniyada yaşayan yüzlərlə suriyalı İranın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşıb. Nümayişçilər İran əleyhinə müxtəlif şüarlar səsləndirərək, qana susamış kimi təqdim olunmuş İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin plakatına ayaqqabıları ilə zərbələr endiriblər. Piket bəyanatın oxunması ilə insidentsiz başa çatıb.
Avropa
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib
08:31
13 may 2024
Tbilisidə polis etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB
06:50
13 may 2024
Sunak: “Qarşıdakı beş il Britaniya tarixinin ən təhlükəli illərindən olacaq”
06:26
13 may 2024
Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib
02:54
13 may 2024