Bank Of Baku

Gido Vestervelle: “İranla “altılıq” ölkələri arasında müzakirələr davam etdirilməlidir”

Gido Vestervelle: “İranla “altılıq” ölkələri arasında müzakirələr davam etdirilməlidir”
# 30 iyun 2012 11:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında bir nəticə əldə edilənə qədər qarşılıqlı müzakirələr davam etdirilməlidir”. APA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığında deyib.

İranla “altılıq” ölkələri arasında keçirilən son görüşün və bölgədəki vəziyyətin müzakirə olunduğu telefon söhbətində Əli Əkbər Salehi bildirib ki, İran Moskva görüşündə tam hazırlıqlı iştirak edib: ““Altılıq” ölkələri İrana lazımi qarşılıq versəydi, mühüm addımlar atıla bilərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR