Bank Of Baku

Kipr Avropa Birliyinə sədrliyi qəbul edib

Kipr Avropa Birliyinə sədrliyi qəbul edib
# 01 iyul 2012 09:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, Kipr yaxın yarımillik üçün birlikdə sədrlik səlahiyyətlərini Danimarkadan qəbul edib.

Sədrlik çərçivəsində Kiprin prioritetləri Avropa iqtisadiyyatının inkişafı, iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına nail olmaq, sosial təşkilatlanmaya dəstək, AB-nin beynəlxalq arenada daha aktiv rol oynaması olacaq.

Qeyd edək ki, Türkiyə Kiprin AB-dəki sədrliyini tanımadığını bəyan edib. Xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə AB ilə əməkdaşlığı davam etdirəcək, amma Kiprin sədrlik etdiyi heç bir tədbirə qatılmayacaq.

Hazırkı fikir ayrılığının əsas səbəbi Kipr adasının statusu, daha dəqiqi, Kipr Respublikasının tanınması və 2004-cü ildən AB üzvlüyünə qəbul edilməsidir. Türkiyə Kipri tanımır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR