Bank Of Baku

Gürcüstanda yeni dövlət nazirliyi yaradılacaq

Gürcüstanda yeni dövlət nazirliyi yaradılacaq
# 01 iyul 2012 00:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan hökumətində əlavə olaraq məşğulluq məsələləri üzrə yeni dövlət nazirliyi postu yaradılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkə prezidenti Mixail Saakaşvili iyunun 30-da prezident sarayında hökumətin yeni baş nazirini təyin edərkən məlumat verib. O bu vəzifəyə kimi təyin edəcəyini bildirməyib.
Saakaşvilinin sözlərinə görə, eyni zamanda məşğulluq işi üzrə bütün prioritetləri özündə əks etdirən proqram yaradılacaq. Prezident Saakaşvili bildirib ki, hökumət bazar ertəsi hər bir ölkə vətəndaşının vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən yeni proqram təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR