Bank Of Baku

Gürcüstanın yeni baş naziri bəzi planlarını açıqlayıb

Gürcüstanın yeni baş naziri bəzi planlarını açıqlayıb
# 02 iyul 2012 15:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın yeni baş naziri Vano Merabişvili yaxın 4 il müddətinə nəzərdə tutulan bəzi planlar haqqında ictimaiyyətə məlumat verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, baş nazir yaxın vaxtlarda Gürcüstana 4 milyard dollar investisiya cəlb olunacağını, yeni iş yerləri açılacağını və iqtisadiyyatın inkişaf edəcəyini bildirib: “Bu, 50 min yeni iş yeri deməkdir”.

Baş nazir hökumətin 15 yeni Hidroelektrik Stansiyası inşa etmək planından söhbət açaraq bu tikintilərdə 13 min yeni iş yeri açılacağını söyləyib: “Mənim vəzifəm odur ki, 90 min hektar torpaq sahəsi əkilib becərilsin, 35 min hektar sahə bataqlıqdan təmizlənsin. Belə olarsa, bizim kəndlilər güclü olar. Onlar güclü olduqda bütünlükdə ölkəmiz güclü olacaq”.

V. Merabişvili ölkədə 5 min kilometr yol tikintisinin həyata keçiriləcəyini də açıqlayıb: “Bütün həyata keçirəcəyimiz tədbirlər vətəndaşlarımızın həyat tərzinin yaxşılaşdırılmasına yönəldilib. Bu tədbirlər həm də işsizlik problemlərinin həll edilməsinə kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR