Bank Of Baku

Ketrin Eşton: “İstanbul müzakirələri İran üçün önəmli fürsətdir”

Ketrin Eşton: “İstanbul müzakirələri İran üçün önəmli fürsətdir”
# 02 iyul 2012 21:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın beynəlxalq öhdəlikləri yerinə yetirməsi və siyasi iradə nümayiş etdirməsi üçün iyulun 3-də İstanbulda “altılıq” ölkələri ilə ekspertlər səviyyəsində keçirəcəyi müzakirələr Tehran üçün önəmli fürsətdir”. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələri İrandan uranın zənginləşdirilməsinə son verməsi üçün izləməsi lazım olan yol xəritəsi məsələsində iyunun 18-19-da Moskvada keçirilmiş müzakirələrdə əldə olunmuş razılığa aydınlıq gətirməsini gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR