Bank Of Baku

Suriya prezidenti: “Vurulan təyyarənin Türkiyəyə məxsus olduğunu bilmirdik”

Suriya prezidenti: “Vurulan təyyarənin Türkiyəyə məxsus olduğunu bilmirdik”
# 03 iyul 2012 09:06 (UTC +04:00)
Bakı – APA. Suriya prezidenti Bəşər Əsəd Türkiyənin “Cumhuriyet” qəzetinə açıqlama verib. APA-nın xəbərinə görə, B. Əsəd Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 kəşfiyyat təyyarəsinin vurulması ilə bağlı sualları cavablandırıb. O, “silahsız bir təyyarəni niyə vurdunuz?” sualına belə cavab verib: “Təyyarə İsrail təyyarələrinin davamlı istifadə etdikləri hava dəhlizi ilə hərəkət edirdi. Radarlarımızda təyyarənin kimə məxsus olduğu görünmədiyi və bizə qabaqcadan məlumat verilmədiyi üçün əsgərlərimiz təyyarəni vurdu. Təyyarənin Türkiyəyə məxsus olduğunu sonra öyrəndik”.

Jurnalistin “Türk təyyarəsinin vurulması əmrini sizmi verdiniz?” sualına B. Əsədin cavabı belə olub: “Məntiqli suallar vermək lazımdır. Suriyanın Türkiyə təyyarəsini vurmaqda marağı nə ola bilər? Biz Türkiyəni və türk təyyarələrini düşmən saymırıq. Kaş ki, vurulmayaydı”.

Suriya dövlət başçısı deyib ki, təyyarə doğrudan da neytral hava məkanında vurulubsa Türkiyədən üzr istəyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR