Bank Of Baku

Tiflis ətrafında xlor sızmasından zəhərlənənlərin sayı 70-ə çatıb

Tiflis ətrafında xlor sızmasından zəhərlənənlərin sayı 70-ə çatıb
# 04 iyul 2012 07:19 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın paytaxtı Tiflis şəhərinin ətrafındakı Lilo qəsəbəsində xlor sızması nəticəsində 70 nəfər zərər çəkib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, xəstəxanalara çatdırılan zərər çəkənlərdən biri – 18 yaşlı Laşa Narimanidzenin vəziyyəti ağırdır. O, astma xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, iyulun 4-nə keçən gecə Lilo qəsəbəsində İran şirkətinə məxsus 800 litrlik rezervuardan xlor sızıntısı baş verib. Xlordan zəhərlənən əhali xəstəxanalara yerləşdirilib. Prezident Mixail Saakaşvili və səhiyyə naziri Zurab Çiaberaşvili xəstələri ziyarət ediblər. Onlar bütün müalicə xərclərini dövlətin öz üzərinə götürəcəyini bildiriblər.

Xlor sızıntısının nəticələrinin ardan qaldırılması üçün iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR