Bank Of Baku

London Suriyaya dair qətnaməyə güc tətbiqi maddəsini daxil etmək istəyir

London Suriyaya dair qətnaməyə güc tətbiqi maddəsini daxil etmək istəyir
# 05 iyul 2012 04:56 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya Suriyaya dair qətnaməyə «sülhə təhlükə yaradan hərəkətlər, sülhün pozulması və təcavüz aktları» hallarında hərbi güc tətbiq olunması maddəsini daxil etmək istəyir. APA-nın məlumatına görə, bu barədə BBC xəbər yayıb.

BBC analitiklərinin fikrincə, bu halda Suriyada hadisələr Liviya və ya İraq ssenarisi üzrə davam edə bilər. London öz təklifində BMT nizamnaməsinin 7-ci maddəsinə istinad edir.

Londondakı mənbənin İTAR-TASS-a verdiyi məlumata görə isə, qətnamə artıq gələn həftə səsverməyə çıxarıla bilər. Mənbə qətnamədə güc tətbiqindən yox, sanksiyalardan söz açıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR