Əhməd Davudoğlu: “Fransaya tətbiq olunan bütün sanksiyalar ləğv edilib”
05 iyul 2012 16:19 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fransız həmkarı ilə görüşündə bildirib: “Fransaya tətbiq olunan bütün sanksiyalar ləğv edilib. Əgər Fransa erməni problemini aydınlaşdırmaq istəyərsə, biz əməkdaşlıq etməyə hazırıq”.
Fransanın xarici işlər naziri Loran Fabius isə öz növbəsində, 1915-ci il hadisələri ilə əlaqədar Sarkozi iqtidarı ilə eyni yanaşmanı göstərməyəcəklərini bəyan edib.
Qeyd edək ki, Ə. Davudoğlu iyulun 6-da “Suriyanın Dostları” konfransında iştirak etmək üçün Fransaya gedib.
Xatırladaq ki, Türkiyə tərəfindən Fransaya sanksiya tətbiq olunması Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edilməsindən sonra baş verib.

Avropa
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
06:32
18 may 2024
Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
05:02
18 may 2024
Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”
20:54
17 may 2024
İtaliyada güclü külək bir neçə yük vaqonunu aşırıb
20:32
17 may 2024