Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass fəaliyyətini başa çatdırıb

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass fəaliyyətini başa çatdırıb
# 06 iyul 2012 01:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. ABŞ-ın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri Con Bass bu ölkədə fəaliyyətini başa çatdırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə diplomat Amerika Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsinin 236 illiyinə həsr olunan ziyafətdə məlumat verib. Səfir çıxışında bildirib ki, o, bir də Gürcüstana həyat yoldaşı Xolli ilə birlikdə turist kimi gələcək. “Bizim Gürcüstana növbəti gəlişimizdə burada demokratik institutların daha şox inkişafını və onun irəliləyişini görmək imkanımız olacaq,” Con Bass bildirib.
Xatırladaq ki, Con Bass 2009-cu ilin yayında ABŞ-ın Gürcüstandakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. O, Gürcüstanda fəaliyyəti zamanı dəfələrlə azərbaycanlıların kompakt yaşadığı bölgələrə baş çəkib və azlıqda yaşayan millətlərin problemlərinə həsr olunan tədbirlərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR