Bank Of Baku

Rumıniya parlamenti prezidentin istefasına səs verib

Rumıniya parlamenti prezidentin istefasına səs verib
# 06 iyul 2012 21:47 (UTC +04:00)
Bakı-APA. Rumıniya parlamentariləri ölkə prezidenti Trayan Beseskunun istefaya göndərilməsinə səs veriblər.

Parlamentarilərin fikrincə, Beseskunun hakimiyyətdə olduğu müddətdə ölkədə iqtisadi böhran güclənib və onun hakimiyyəti konstitusiyaya ziddir.

Parlamentin 432 deputatından 258-i prezidentin istefasına səs verib. İndi qarşıdakı 30 gün ərzində ölkədə prezidentə etimada dair referendum keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR