Bank Of Baku

ATƏT Parlament Assambleyasına yeni sədr seçilib

ATƏT Parlament Assambleyasına yeni sədr seçilib
# 09 iyul 2012 14:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasına yeni prezident seçilib. APA-nın xəbərinə görə, qurumun Monakoda keçirilən sessiyasında bu vəzifə italiyalı Rikkardo Miqlioriyə etibar edilib.

Toplantıda 5 vitse-prezident də seçilib: Robert Aderholt (ABŞ), Jan-Şarl Qardetto (Monako), Alan Neri (Fransa), Georgi Sereteli (Gürcüstan) və Uta Zapf (Almaniya).

Qeyd edək ki, R. Miqliori ATƏT PA-nın vitse-prezidenti idi və 2 müddət siyasi və təhlükəsizlik məsələləri üzrə məruzəçi olub. O, prezident vəzifəsində Petros Eftimiunu əvəzləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR