Bank Of Baku

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 18-də Rusiyaya səfər edəcək

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 18-də Rusiyaya səfər edəcək
# 10 iyul 2012 23:53 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib. XİN-dəki mənbənin məlumatında Türkiyə baş nazirinin səfərinin iyulun 18-də gerçəkləşəcəyi bildirilib. Səfər zamanı Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi, Suriya konflikti başda olmaqla, regional münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi bildirilib.
Ərdoğanın Moskva səfəri zamanı Putinlə Suriya tərəfindən vurulan Türkiyə hərbi təyyarəsi və Suriyada rejim dəyişikliyi barədə fikir mübadiləsi aparılacağı bildirilib. Diplomatik mənbənin bildirdiyinə görə, Rusiya vurulan Türkiyə hərbi təyyarəsi ilə bağlı məlumatları Türkiyə tərəfinə verəcək.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun da Ərdoğanı müşayiət edəcəyi və rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüş keçirəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR