Bank Of Baku

İtaliyaya keçmək istəyən 54 qeyri-qanuni mühacir dənizdə susuzluqdan ölüb

İtaliyaya keçmək istəyən 54 qeyri-qanuni mühacir dənizdə susuzluqdan ölüb
# 11 iyul 2012 01:47 (UTC +04:00)
Bakı-APA. Rezin qayıqda Liviyadan İtaliyaya üzüb keçmək istəyən 54 qeyri-qanuni mühacir 15 gün dənizdə qaldıqdan sonra susuzluqdan ölüblər. Bu barədə Reyter BMT-nin Qaçqınların işi üzrə ali komissarlığına istinadən məlumat verir.

Qayıqda yalnız bir nəfər Eritreya vətəndaşı sağ qalıb. Eritreyalının bildirdiyinə görə, qayıq İtaliya sahillərinə çatmağa az qalmış külək onu yenidən dənizə aparıb. Qayıqda içməli su az olduğundan mühacirlər dəniz suyunu içməyə başlayıblar. Bu onların vəziyyətini daha da pisləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR