Bank Of Baku

Türkiyənin Bingöl vilayətində 5 PKK terrorçusu məhv edilib

Türkiyənin Bingöl vilayətində 5 PKK terrorçusu məhv edilib
# 11 iyul 2012 10:12 (UTC +04:00)
Bakı – APA. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqindəki Bingöl vilayəti ərazisində keçirdikləri əməliyyat zamanı 5 PKK terrorçusu məhv edilib. APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Bingöl valiliyindən bildirilib ki, daxil olan kəşfiyyat məlumatı əsasında iyulun 10-da gecə 5 nəfərdən ibarət terrorçu qrupa qarşı əməliyyat keçirilib. Terrorçular təslim olmaq çağırışına atəş açmaqla cavab verdikdən sonra başlayan əməliyyat nəticəsində 3-ü qadın olan 5 terrorçu öldürülüb. Onların üzərində 5 “Kalaşnikov” avtomatı, 7 əl qumbarası, 17 güllə darağı, 1 durbin, 1 ratsiya, müəyyən miqdarda pul və terror təşkilatına aid sənədlər aşkarlanaraq götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR