Bank Of Baku

Qərb dövlətləri Bəşər Əsədə 10 gün vaxt verib

Qərb dövlətləri Bəşər Əsədə 10 gün vaxt verib
# 12 iyul 2012 12:11 (UTC +04:00)
Bakı – APA. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər. APA-nın “Deutsche Welle” qəzetinə istinadən verdiyi məlumata görə, layihədə Əsəd rejimindən 10 gün ərzində öz qoşunlarını yaşayış məntəqələrindən geri çəkməsi tələb olunur. Tələb yerinə yetirilməsə, Suriyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Sənəddə Suriya hökuməti və müxalifət BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanın planını yerinə yetirməyə də çağırılır.

Rusiya XİN-dən bildirilib ki, Moskva bu qətnamə layihəsinə dəstək verməyəcək. Çin də eyni mövqedədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR