Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Suriyada Bəşər Əsədin iştirakı olmadan keçid hökuməti formalaşdırılmalıdır”

Rəcəb Tayyib Ərdoğan: “Suriyada Bəşər Əsədin iştirakı olmadan keçid hökuməti formalaşdırılmalıdır”
# 19 iyul 2012 11:15 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya paytaxtında baş verən terror aktı ilə əlaqədar bu ölkə hökumətini Türkiyəni ittiham etməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, R. T. Ərdoğan Rusiyadan qayıdarkən hava limanında jurnalistlərə açıqlama verib. O bildirib ki, Türkiyənin qardaş Suriya xalqının olduğu yerdə belə bir yola əl atması mümkün deyil və Dəməşqdəki olayda Türkiyə kəşfiyyatının suçlanması dezinformasiyadır: “Dezinformasiya bu cür rejimlərin ən çox diqqət edilməli olan xüsusiyyətidir. Rejim əvvəlcə öz hərəkətlərinə cavab verməlidir”.

R. T. Ərdoğan Suriyada Bəşər Əsədin iştirakı olmadan keçid hökuməti formalaşdırmağın zəruriliyini vurğulayıb: “Bu keçid hökuməti ölkəni seçkiyə hazırlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR