Bank Of Baku

Madriddə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 26 nəfər yaralanıb

Madriddə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 26 nəfər yaralanıb
# 20 iyul 2012 04:56 (UTC +04:00)
Bakı-APA. Madriddə polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmada 26 nəfər yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 6 etirazçı həbs olunub.
Polislə toqquşma nümayişçilərin İspaniya parlamentinin alt palatası olan Konqresin binasına daxil olmağa cəhd edərkən baş verib.
Aksiya iştirakçıları İspaniyada vergilərin artmasına, işsizlərə ayrılan yardımın azaldılmasına və dövlət işçilərinə verilən bonusların ləğv olunmasına etirazlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR