Bank Of Baku

Berlin şəhərindən 3 mln. avro tələb olunur

Berlin şəhərindən 3 mln. avro tələb olunur
# 21 iyul 2012 09:48 (UTC +04:00)
Bakı – APA. Almaniyanın Brandenburq əyalətinin Mittenvalde şəhərinin ekspertləri Berlin şəhərinin rəhbərliyindən 3 mln. avro tələb edir.

APA-nın “Sueddeutsche Zeitung”a istinadən xəbərinə görə, Mittenvalde şəhərinin meri Uve Pfayffer bunun 450 illik borcun əvəzi olduğunu bildirib.

1562-ci ildə Berlin-Köln şəhəri Brandenburq kurfürstü Yoahim II Hektora olan vergini ödəmək üçün Mittenvaldedən 400 qulden borc alıb. Berlin bu məbləğin 106%-ni qaytarmalı olsa da, indiyədək bircə qulden də qaytarmayıb.

Qeyd edək ki, hazırda Mittenvalde şəhərində 9 min nəfər yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR