Türkiyənin baş naziri güc strukturlarının rəhbərləri ilə qapalı toplantı keçirib
25 iyul 2012 16:57 (UTC +04:00)
Bakı – APA. Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə güc strukturları rəhbərlərinin iştirak etdiyi və təhlükəsizlik məsələlərinə həsr olunmuş qapalı toplantı keçirilib. APA-nın xəbərinə görə, toplantıya daxili işlər naziri İdris Naim Şahin, müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdət Özəl, ölkənin baş kəşfiyyat orqanı – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, eləcə də baş nazirin müavini Bəşir Atalay və xarici işlər naziri Əhməd Davudoğlu qatılıb.
Yığıncaq 2 saat 15 dəqiqə davam edib. Baş nazir aparatından verilən qısa açıqlamada bildirilib ki, iclasda ölkədəki və regiondakı proseslər, ölkənin milli təhlükəsizliyi ilə bağlı görüləcək tədbirlər müzakirə olunub.

Avropa
Türkiyə xarici işlər nazirinin yeni müavinləri təyin olunub
10:49
17 may 2024
"Böyük Yeddilik" Aİ-nin Rusiyanın aktivləri ilə bağlı təşəbbüsünü dəstəkləyəcək
09:54
17 may 2024
KİV: Ukrayna Rusiyanın Xarkov yaxınlığındakı hücumuna tam hazır deyildi
03:17
17 may 2024
London meri Sadiq Xan Trampı irqçi və homofob adlandırıb
23:46
16 may 2024