Bank Of Baku

İspaniya və İtaliyanın borclarının alınması planı hazırlanır

İspaniya və İtaliyanın borclarının alınması planı hazırlanır
# 28 iyul 2012 11:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avrozona ölkələrinin hökumətləri və Avropa Mərkəzi Bankı maliyyə bazarına birgə müdaxiləyə hazırlaşır. “APA-Economics”in məlumatına görə, bunun əsas məqsədi ən çox borcu olan AB ölkələrindən olan İspaniya və İtaliya üçün borcalmanı ucuzlaşdırmaqdır.

Avropa Mərkəzi Bankı bəyan edib ki, bu proqramda Avropa hökumətləri Avropa stabilləşmə fondlarının vəsaitlərindən istifadə etmək şərtilə iştirak edəcək. Plana uyğun olaraq stabilləşmə fondları tərəfindən İspaniya və İtaliya borclarını ilkin bazarda, paralel olaraq Avropa Mərkəzi Bankı isə onlarını təkrar bazarda alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR