Marneulidə azərbaycanlının 17 qoyunu sürücü tərəfindən vurulub
31 iyul 2012 22:27 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. İyulun 31-də Marneuli rayonunun İmir kəndində axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli-Şulaveri-Sadaxlı avtomobil magistralında XJX 154 seriyalı “Wolsvaqen” avtomobili döngədə kənd sakini Balaca Musayevin 17 baş qoyununu öldürüb. Şahidlərin dediyinə görə, qonşu Sereteli kəndindən olan gürcü sürücüsünün idarə etdiyi avtomobil sürətlə hərəkət edirmiş. Kənd sakinlərinin hadisə yerində olan APA-nın əməkdaşına açıqlamasına görə, sürücü sürətlə hərəkət edən maşını saxlaya bilməyib qaranlıqda hərəkət edən qoyun sürüsünə çırpıb. Nəticədə qəza baş verib. Hadisə yerinə gələn yol-patrul polisi hadisəni araşdırdıqdan sonra həm qoyun sahibinə, həm də adı açıqlanmayan XJX 154 seriyalı “Wolsvaqen” markalı avtomobilin sahibinə 100 lari cərimə kəsərək hadisə yerindən uzaqlaşıb.
Avropa
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024
Zurabişvili Makronu Gürcüstana dəvət edib
12:33
19 may 2024
AEBA Zaporojye AES-ə hücumlara görə məsuliyyət daşıyanların adlarını hansı şərtlərlə açıqlayacaqlarını bildirib
09:59
19 may 2024
Ukrayna Donetsk vilayətində Rusiyanın “Su-25” hücum təyyarəsini vurub
03:48
19 may 2024