Bank Of Baku

MSK sədri: “Gürcüstan oktyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırdır”

MSK sədri: “Gürcüstan oktyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırdır”
# 02 avqust 2012 07:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə MSK sədri Zurab Xaratişvili məlumat verib. O, bu məlumatı tam məsuliyyətlə açıqladığını bildirib: “Bütün məsuliyyətimlə deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyasının administrasiyası bütün səviyyələrdə 1 oktyabr parlament seçkilərinin keçirilməsinə hazırlaşıb. Bizim kifayət qədər vaxtımız var idi. Eyni zamanda kifayət qədər maliyyə, maddi və insan resurslarımız var idi ki, bu prosesi yaxşı təşkil edək”.

MSK sədri seçkilərin bazar ertəsi keçirilməsinə də münasibət bildirib: “Seçkinin bu günə düşməsi xaricdə iş günü sayılacaq. Amma bu ümumi işimizin nəticəsinə o qədər də təsir etməyəcək. Seçkilərin belə keçirilməsi təcrübəsi xaricdə həyata keçirilir.”

MSK sədri Zurab Xaratişvili indiyədək MSK-ya seçkilərdə iştirak etmək üçün 32 siyasi subyekt tərəfindən ərizə daxil olduğunu bildirib. “Bu subyektlərdən 5-i artıq qeydə alınıb. Lakin parlamentdə nümayəndələri olan bütün siyasi partiyaların qeydiyyat müddəti avqustun 5-də saat 18-də bitir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR