Bank Of Baku

Gürcüstanda 2008-ci ilin avqust müharibəsində həlak olanların xatirəsi yad ediləcək

Gürcüstanda 2008-ci ilin avqust müharibəsində həlak olanların xatirəsi yad ediləcək
# 06 avqust 2012 20:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avqustun 7-8-də bütün Gürcüstan ərazisində ölkə prezidentinin sərəncamına əsasən dövlət bayraqları aşağı endiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə avqustun 6-da Gürcüstan prezident administrasiyasının mətbuat xidməti məlumat verib. “Gürcüstan prezidentinin sərəncamına əsasən 2008-ci ilin avqust ayında Gürcüstanın müstəqilliyi və birliyi uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün bütün Gürcüstanda dövlət bayraqları endiriləcək,” məlumatda bildirilib.
Rəsmi məlumata əsasən, Avqust müharibəsində Gürcüstan tərəfdən 413 nəfər həlak olub. Onlardan 166 nəfəri hərbçi, 16 polis və 220 nəfəri isə dinc əhalidir. Müharibə zamanı 2 234 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR