Bank Of Baku

Yunanıstanda işsizlik 23,1 %-ə çatıb

Yunanıstanda işsizlik 23,1 %-ə çatıb
# 10 avqust 2012 03:45 (UTC +04:00)
Bakı-APA. Ciddi iqtisadi böhran keçirən Yunanıstanda işsizliyin səviyyəsi 23,1 faizə çatıb. İşsiz yunanların sayı ötən ilin analoji dövrünə nisbətən 311 min 41 nəfər artıb. Ümumilikdə isə onların sayı 1 milyon 147 min 372 nəfərdir.

Gənclər arasında vəziyyət isə daha dəhşətlidir. 25 yaşdan gənc yunanlar arasında işsizlik 54,9 %-dir.

İqtisadi böhrandan əvvəl Yunanıstanda işsizlik 9% idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR