Bank Of Baku

Böyük Britaniyanın baş naziri dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Böyük Britaniyanın baş naziri dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
# 16 avqust 2012 13:17 (UTC +04:00)
Anaxanım Hidayətova - APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron müqəddəs Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baş nazir Ramazan bayramının ailə və dost, sevinc və xoşbəxtlik bayramı olduğunu vurğulayıb: “Mən Böyük Britaniya müsəlmanlarının bizim ölkənin inkişafına böyük töhfəsini etiraf etmək istəyirəm. Xüsusi təşəkkürlərimi London Olimpiya oyunlarını uğurla başa çatdırmaq üçün çalışan müsəlmanlara bildirmək istəyirəm, eləcə də təhlükəsizliyimizi təmin edən ordu nümayəndələrimizə və millətimizin ürəyində öz yerlərini qazanan qalib idmançılarımıza təşəkkür edirəm”.

D. Kemeron Ramazan bayramının ruhunun sülh və birlikdən ibarət olduğunu qeyd edib: “Mən fəxr edirəm ki, Böyük Britaniya bu dəyərlərini Olimpiya oyunları keçirilən zaman dünyaya nümayiş etdirdi. Bütün dünya müsəlmanlarına bu vacib gündə xoşbəxt və dinc bayram arzu edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR