Bank Of Baku

Avropa Birliyinin Gürcüstandakı səfirliyinin rəsmiləri Marneulidə azərbaycanlılarla görüşüblər - FOTO

Avropa Birliyinin Gürcüstandakı səfirliyinin rəsmiləri Marneulidə azərbaycanlılarla görüşüblər - <font color=red>FOTO</font>
# 23 avqust 2012 16:25 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəsmiləri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə AB səfirliyinin siyasi şöbəsinin zabiti Fenata Vrubel, səfirliyin mətbuat xidmətinin rəhbəri Tamriko Mikadze və Estoniyanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Risto Roos iştirak edərək gənclər, QHT nümayəndələri və jurnalistlərlə oktyabrın 1-də Gürcüstanda keçiriləcək seçkilər barədə fikir mübadiləsi aparıblar.

Marneuli Gənclər Mərkəzinin üzvləri, QHT nümayəndələri azərbaycanlıların kompakt yaşadığı bölgələrdə seçki hazırlığına başladığını bildiriblər. Qeyd olunub ki, müxtəlif partiyaların nümayəndələri tez-tez yerlərdə olur, əhali ilə görüşür, platformalarını təqdim edir, təbliğat aparır, namizədlərini irəli sürürlər. Son aylar azərbaycanlı gəncləri arasında seçkilərlə bağlı fəallığın müşahidə olunduğu da bildirilib.

F. Vrubel APA-ya açıqlamasında görüşün çox səmərəli keçdiyini deyib: “Biz belə görüşləri Gürcüstanın etnik azlıqlar yaşayan bölgələrində, o cümlədən azərbaycanlılar yaşayan regionlarda mütəmadi keçirəcəyik. Seçkilərlə bağlı layihələr də həyata keçirməyə başlamışıq. Biz hər bir kənddə, bölgədə olacaq, görüşlər keçirib seçicilərin fikirlərini öyrənəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR