Bank Of Baku

Culian Assanc istədiyi qədər Ekvador səfirliyində qala bilər

Culian Assanc istədiyi qədər Ekvador səfirliyində qala bilər
# 23 avqust 2012 21:12 (UTC +04:00)
Bakı-APA. Ekvador hökuməti bəyan edib ki, qalmaqallı WikiLeaks portalının qurucusu Culian Assanc istədiyi qədər Ekvadorun Londondakı səfirliyində qala bilər.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Ekvador Britaniyanı səfirliyə hücum etməklə ekvadorlu diplomatları təhdid etməməyə çağırıb.
Ekvador diplomatları bildiriblər ki, prezident Rafael Korreranın
Culian Assanca siyasi sığınacaq verməsindən sonra Britaniya XİN-dən heç bir reaksiya olmayıb. Onların sözlərinə görə səfirliyin qarşısında çoxlu Britaniya polis əməkdaşları növbə çəkir.
Qeyd edək ki, bir qədər əvvəl Britaniya xarici işlər naziri Uilyam Heyq polisin səfirliyə zorla daxil olacağını bildirmişdi. Lakin sonradan bu addımın atılmayacağı barədə xəbər verilib. Lakin Heyq deyib ki, Britaniya Londondakı Ekvador səfirliyində sığınacaq tapan Assanca ölkədən sərbəst çıxmasına imkan verməyəcək.
Xatırladaq ki, Britaniya məhkəməsi Assancın İsveçə ekstradisiya edilməsi barədə qərar qəbul edib. İsveç WikiLeaksin yaradıcısını cinsi təcavüzdə ittiham edir. Lakin Assaanc ehtiyat edir ki, İsveç öz növbəsində onu ABŞ-a ekstradisiya edəcək. Vaşinqton onu ölkənin təhlükəsizliyinə zərər vurmaqda ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR