Bank Of Baku

Norveç məhkəməsi Anders Breyvikin işi üzrə qərar çıxaracaq

Norveç məhkəməsi  Anders Breyvikin işi üzrə qərar çıxaracaq
# 24 avqust 2012 02:24 (UTC +04:00)
Bakı – APA. Bu gün Oslo məhkəməsi terrorçuluqda ittiham olunan Anders Breyvikin işi üzrə hökm çıxaracaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Breyviki 21 il həbs və ya məcburi psixiatrik klinikada müalicə gözləyir. Breyvik 2011-ci il iyulun 22-də Norveçdə 2 terror aktı törədib. O, əvvəlcə Oslodakı hökumət məhəlləsində partlayış törədib, daha sonra Norveç İşçi Partiyasının Utoyu adasında təşkil etdiyi gənclik düşərgəsinə yollanıb. A. Breyvik düşərgədə 69 nəfəri qətlə yetirib. İki terror aktında ümumilikdə 77 nəfər həlak olub.
Qeyd edək ki, Anders Breyvik ruhi xəstə olmadığını bəyan edib. O 2011 ilin dekabrında keçirilən tibbi ekspertizanın onun ruhi xəstə olduğu barədə qərarı yanlış adlandırıb. Breyvik deyib ki, tibbi ekspertlərin qərarında onun sözləri təhrif olunub və yalan ifadələr onun sözləri kimi təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR