Bank Of Baku

Gürcüstanda məktəb dərsliklərinin maksimum qiyməti 6 dollar olacaq

Gürcüstanda məktəb dərsliklərinin maksimum qiyməti 6 dollar olacaq
# 25 avqust 2012 04:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda məktəb dərsliklərinin maksimum qiyməti 10 lari (6.06 dollar) olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maarif və Elm Nazirliyi xəbər yayıb. “Dərsliklər ölkədə fəaliyyət göstərən 400 məktəbdə satılacaq və kitabların hər birinin maksimum qiyməti 10 lari olacaq. Kitablar sentyabrın 10-dan oktyabrın 8-dək nazirliyin rəsmi veb saytında elan olunacaq məktəblərdə siyaha üzrə satılacaq.”
Xatırladaq ki, Gürcüstanda yeni dərs ili sentyabrın 17-də başlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR