Bank Of Baku

Fransada turist təyyarəsi qəzaya uğrayıb

Fransada turist təyyarəsi qəzaya uğrayıb
# 25 avqust 2012 08:21 (UTC +04:00)
Bakı - APA. Fransanın Monbelyar şəhəri yaxınlığında kiçik turist təyyarəsinin qəzaya düşməsi nəticəsində təyyarədəki 4 nəfər həlak olub. APA-nın məlumatına görə, içində 4 İsveçrə vətəndaşı olan təyyarə Belçikadan İsveçrəyə uçurdu.

Şahidlərin sözlərinə görə, təyyarəni ildırım vurub. Xilasedicilər pilot qəza siqnalı verəndən 40 dəqiqən sonra təyyarənin qalıqlarını tapıblar. Yerli administrasiyanın başçısı bildirib ki, qəzada kiminsə sağ qalması ehtimalı yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır və xilasetmə əməliyyatı davam etdirilir.

İsveçrənin «Pilatus Aircraft» şirkətinin istehsalı olan bu «Pilatus PS-12» tipli birmotorlu təyyarə regional uçuşlar üçün istifadə edilir. Qeyd edək ki, Monbelyar şəhəri İsveçrə sərhədindən cəmi 13 km aralıqda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR