Bank Of Baku

ELSA-nın Azərbaycan nümayəndəliyi Avropa hüquq tələbələrinin Beynəlxalq Toplantısında iştirak edib

ELSA-nın Azərbaycan nümayəndəliyi Avropa hüquq tələbələrinin Beynəlxalq Toplantısında iştirak edib
# 28 avqust 2012 00:58 (UTC +04:00)
Bakı-APA. Avqustun 21-27-də Fransanın paytaxtı Paris şəhərində dünyanın ən böyük hüquq-tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) növbəti Şura Toplantısı keçirilib. ELSA-nın Azərbaycan nümayəndəliyinin sədr müavini Yusif Məmmədovun APA-ya verdiyi məlumata əsasən, 30-dan çox ölkə nümayəndəliklərinin qatıldığı toplantıda əsas mövzu olaraq hüquq təhsilinin təkmilləşdirilməsində tələbələrin rolu, gənc hüquqşünasların tələbə mübadiləsi proqramlarında iştirakı, transmilli hüquqla bağlı müzakirələr olub. Bundan başqa, toplantıda nümayəndəliklərin ötən il ərzindəki fəaliyyəti, həyata keçirilən layihələr müzakirə olunub. Xüsusi sessiya, aprel ayında Bakıda ELSA-nın Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumuna ayrılıb. Sessiyada Forumdan sonra əldə olunan nəticələr, forum zamanı müəyyən edilmiş məqsədlərin və vəzifələrin yerinə yetirilməsi vəziyyəti müzakirə olunub. Tədbir çərçivəsində UNESCO-nun Paris şəhərində yerləşən Baş Ofisində UNESCO rəsmiləri ilə geniş konfrans keçirilmiş və təşkilatın UNESCO ilə əməkdaşlığı müzakirə edilib.

Qeyd edək ki, ELSA Avropanın 42 ölkəsində və 210 universitetində 30 mindən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. Tələbələrə ELSA-nın geniş fəaliyyət imkanları və beynəlxalq əməkdaşlıq vasitəsilə beynəlxalq hüquq sistemləri barədə dəyərli biliklər və təcrübə əldə etmək imkanı təqdim olunur.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi 2010-cu ilin oktyabrında Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq Şura Toplantısında müşahidəçi üzv statusunu qazanıb. Təqribən bir il sonra, 23-30 oktyabr 2011-ci il tarixində İtaliyanın Palermo şəhərində isə Assosiasiyanın 60-cı Beynəlxalq Şura Toplantısı keçirilib. Şura toplantısında Azərbaycan nümayəndəliyinin bu təşkilata tam üzv kimi qəbul olunması məsələsi müzakirəyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən Azərbaycan ELSA-nın tam üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR