Bank Of Baku

Rumıniya parlamenti Trayan Beseskunu prezident vəzifəsində bərpa edib

Rumıniya parlamenti Trayan Beseskunu prezident vəzifəsində bərpa edib
# 28 avqust 2012 02:57 (UTC +04:00)
Bakı-APA. Rumıniya parlamenti dövlət başçısı Trayan Beseskunun səlahiyyətlərinin qaytarılmasına səs verib. Besesku etimadsızlıq barədə referendum keçirildiyi dövrdə prezident vəzifəsindən kənarlaşdırılmışdı.

Rumıniya Konstitusiya məhkəməsi 6 gün əvvəl etimadsızlıq referendumunun keçirilməsi haqqında parlament qərarının qanunsuzluğu haqda qərar çıxarıb.

İyulun əvvəlində Rumıniya parlamenti prezident Trayan Beseskunun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Keçirilmiş referendum zamanı səsverənlərin 87%-i Beseskunun vəzifədən kənarlaşdırılmasını dəstəkləyiblər. Lakin referendumda seçicilərin cəmi 46% iştirak etdiyindən onun nəticələri etibarlı sayılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR