Bank Of Baku

Lufthansa aviaşirkətinin işçiləri tətil keçirəcəklər

Lufthansa aviaşirkətinin işçiləri tətil keçirəcəklər
# 31 avqust 2012 00:42 (UTC +04:00)
Bakı-APA. Almaniyanın ən iri aviaşirkəti olan Lufthansa təyyarələrinin bort baxıcıları avqustun 31-də tətil edəcəklər.
APA-nın RİA Novosti agentliyinə verdiyi xəbərə görə, Almaniyanın UFO həmkarlar ittifaqı bildirib ki, aviaşirkətin bort baxıcılarının hamısı tətilə qoşulacaqlar. Lufthansada çalışan 19 min stüardessa və stüardlar maaşların 5% atmasını tələb edirlər. Həmkarlar ilə aviaşirkət rəhbərliyi arasında gedən danışıqlar bir nəticə verməyib. UFO-nun nümayəndəsi bildirib ki, “danışıqlarda yaranmış vəziyyət o həddə çatıb ki, tətilin keçirilməsinə alternativ qalmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR