Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin cəbbəxanasında baş verən partlayış nəticəsində 25 əsgər həlak olub

Türkiyə Silahlı Qüvvələrinin cəbbəxanasında baş verən partlayış nəticəsində 25 əsgər həlak olub
# 06 sentyabr 2012 07:44 (UTC +04:00)
APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 5-də yerli vaxtla saat 21.15-də baş verən partlayış nəticəsində 25 əsgərin həlak olduğunu açıqlayıb.

Dəqiq səbəbi bəlli olmasa da, partlayışın cəbbəxanadakı əl qumbaralarının sayılması zamanı baş verdiyi bildirilir. Afyonkarahisar bələdiyyə başçısı Burhanəddin Çoban terror versiyasını istisna edib: “Cəbbəxanada 5 gündür hərbi sursatın sayılması proseduru həyata keçirilirdi. Bu gün proses yekunlaşacaqdı. Bu bölgə çox ciddi mühafizə olunur. Terror olması mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR