Bank Of Baku

Türkiyədəki gəmi qəzasında ölənlərin sayı 58-ə çatıb

Türkiyədəki gəmi qəzasında ölənlərin sayı 58-ə çatıb
# 06 sentyabr 2012 15:38 (UTC +04:00)
Bakı – APA. Egey dənizinin Türkiyə (İzmir) sahillərində 100-dən çox qeyri-leqal miqrantı daşıyan balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 58-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə İzmir valisinin müavini məlumat verib. 46 nəfər, o cümlədən kapitan və onun köməkçisi xilas edilib.

Qeyd edək ki, gəmidə İraq, Suriya və Fələstindən olan, əsasən qadın və uşaqlardan ibarət qeyri-leqal miqrantlar olub. Onlar Türkiyədən Böyük Britaniyaya getmək istəyirmiş. Hüquq-mühafizə orqanları olayla bağlı 2 Türkiyə vətəndaşını həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR