Bank Of Baku

Türkiyənin baş naziri: “Haşimini təslim etməyəcəyik”

Türkiyənin baş naziri: “Haşimini təslim etməyəcəyik”
# 11 sentyabr 2012 12:29 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Biz İraq prezidentinin müavinini Türkiyədə qalmağı istədiyi müddətdə burada saxlayacağıq və ölkəsinə təslim etməyəcəyik”. APA-nın məlumatına görə, bunu Azərbaycana səfər etməzdən əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyəyə sığınan Tarık Haşimi Türkiyə rəsmilərinin icazə verdiyi müddətcə burada qalmaq istədiyini bildirib: “Haşimi ilə bizim dostluğumuz bu hadisələr nəticəsində başlamayıb. Biz İraq siyasətində, xüsusilə ikitərəfli əlaqələrimizin sıx olduğu son 10 il içərisində Haşiminin mövqeyini, davranışını yaxşı bilirik. Onun haqqında edama səbəb olan bir şey yoxdur. Biz Haşimini özünün arzuladığı qədər burada saxlayacağıq və ölkəsinə təslim etməyəcəyik”.

Xatırladaq ki, İraqda vitse-prezident Tarık Haşimi haqqında edam qərarı çıxarılıb. Lakin Türkiyə T. Haşimiyə sığınacaq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR