Bank Of Baku

Çexiyada saxta alkoqoldan 15 nəfər ölüb

Çexiyada saxta alkoqoldan 15 nəfər ölüb
# 13 sentyabr 2012 01:42 (UTC +04:00)
Bakı-APA. Çexiyada metanoldan hazırlanmış saxta alkoqol 15 nəfərin ölümünə səbəb olub. Daha 24 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər bəzi xəstələrin həyatını xilas etmək üçün onları süni koma vəziyyətinə salıblar.

Zəhərlənmiş şəxslərin yerli marketlərdə satılan rom və arağı içdikləri məlum olub.

Polis 70 satış nöqtəsində bu zəhərli məhsulu aşkar edib. Saxta alkoqolu satış nöqtələrinə verməkdə təqsirli bilinən 36 yaşlı şəxs həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR