Bank Of Baku

ABŞ Benqazidəki konsulluğun əməkdaşlarını Almaniyaya köçürüb

ABŞ Benqazidəki konsulluğun əməkdaşlarını Almaniyaya köçürüb
# 13 sentyabr 2012 00:50 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti səfir Kristofer Stivensin ölümü ilə nəticələnmiş hücumdan sonra Benqazidəki konsulluğun əməkdaşlarını Liviyadan çıxarıblar. Konsulluq əməkdaşları Almaniyaya köçürülüblər. Həmçinin paytaxt Tripolidəki səfirliyin əməkdaşlarının sayı da azaldılıb. Baş vermiş cinayəti Federal Təhqiqat Bürosu araşdırmağa başlayıb.

Xatırladaq ki, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR