Bank Of Baku

Türkiyənin Hakkari valiliyi: Vilayət ərazisində 1 həftədə 75 terrorçu məhv edilib

Türkiyənin Hakkari valiliyi: Vilayət ərazisində 1 həftədə 75 terrorçu məhv edilib
# 14 sentyabr 2012 10:31 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, valilik bu müddətdə həyata keçirilən əməliyyatlarda 75 PKK terrorçusunun məhv edildiyini açıqlayıb. Terrorçularla toqquşmalar zamanı 4 əsgər şəhid olub.

Qeyd edək ki, PKK terror təşkilatı Suriyadakı hadisələrdən sonra aktivləşərək Türkiyə daxilində terror fəaliyyətlərini xeyli genişləndirib. Terror təşkilatının rəhbərliyi Türkiyənin cənub-şərqində, dağlıq ərazidə yerləşən bəzi qəsəbə və rayon mərkəzlərini ələ keçirmək üçün bu ərazilərə yüzlərlə terrorçudan ibarət iri qruplaşmalar göndərib. Türkiyə təhlükəsizlik qüvvələri əsasən Hakkari və Şırnak vilayətləri ərazisindəki dağlıq zonalarda gizlənən bu qruplaşmalara qarşı iyul ayından bəri geniş miqyaslı hərbi əməliyyat keçirir. Hazırda davam edən əməliyyatlarda indiyə qədər çoxlu sayda terrorçu məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR