Bank Of Baku

Macarıstan İsveçrədən Ermənistanla münasibətlərinin normallaşmasına vasitəçilik etməyi xahiş edib

Macarıstan İsveçrədən Ermənistanla münasibətlərinin normallaşmasına vasitəçilik etməyi xahiş edib
# 15 sentyabr 2012 11:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Macarıstan Xarici İşlər Nazirliyi İsveçrəyə müraciət edərək, Ermənistanla münasibətlərinin normallaşmasına vasitəçilik etməyi xahiş edib.

APA-nın Macarıstan mətbuatına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Yanoş Martoni məlumat verib.

Onun sözlərinə görə, Ermənistanla münasibətlərin normallaşması Macarıstan diplomatiyası üçün prioritet məsələdir.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası haqqında baş nazir Viktor Orbanın qərarı hökumətin qərarıdır: “Baş nazirlə hökumətin qərarları üst-üstə düşür. Ona görə də “Səfərovla bağlı qərarı kim verib: baş nazir, yoxsa hökumət” mübahisələri mənasızdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR