Bank Of Baku

Avropa Birliyi müsəlman ölkələrini xarici səfirlikləri qorumağa çağırıb

Avropa Birliyi müsəlman ölkələrini xarici səfirlikləri qorumağa çağırıb
# 15 sentyabr 2012 08:00 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton bir sıra müsəlman ölkələrində Qərb diplomatik missiyalarına hücumları pisləyərək, həmin ölkələrin hökumətlərini diplomatik nümayəndəliklərin və onların personalının təhlükəsizliyini təmin etməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, K.Eşton açıqlamasında hadisələri ciddi narahatlıqla izlədiyini bildirib.

Xanım komissar region hökumətlərini, dini və dünyəvi liderlərini dindən ekstremizmi qızışdırmaq vasitəsi kimi istifadə olunmasına imkan verməməyə çağırıb.

Qeyd edək ki, son günlər “Müsəlmanların məsumiyyəti” adlı filmin yayılmasından sonra bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində nümayişlər keçirilib və ABŞ səfirliklərinə hücumlar olub. O cümlədən Liviyanın Benqazi şəhərində ABŞ konsulluğunun qranatomyotdan atəşə tutulması nəticəsində ABŞ-ın bu ölkədəki səfiri Kris Stivens, səfirliyin informasiya departamentinin əməkdaşı Şon Smit və iki keçmiş xüsusi təyinatlı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR