Bank Of Baku

PKK türk əsgərlərini daşıyan hərbi karvana hücum edib

PKK türk əsgərlərini daşıyan hərbi karvana hücum edib
# 18 sentyabr 2012 12:32 (UTC +04:00)
Bakı – APA. Türk əsgərlərini daşıyan hərbi avtomobil karvanı ölkənin cənub-şərqində, Bingöl-Muş yolunda PKK terrorçularının hücumuna məruz qalıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ilkin xəbərlərə əsasən 1 əsgər həlak olub, 30-u yaralanıb. Karvana daxil olan hərbi maşınlardan biri yanıb. Terrorçuların yolun ətrafındakı təpələrdən qumbaraatanla karvanı atəşə tutduğu bildirilir. Hadisə yerinə əlavə qüvvələr və ambulanslar göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR