Bank Of Baku

İstanbulda İranla Avropa Birliyi arasında görüş başlayıb

İstanbulda İranla Avropa Birliyi arasında görüş başlayıb
# 18 sentyabr 2012 22:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında İranın mübahiəli nüvə proqramına dair görüş başlayıb. APA-nın məlumatına görə, hər iki şəxs axşam saatlarında İstanbula gələrək “Conrad” otelinə yerləşiblər. Daha sonra S. Cəlili və K. Eşton İranın İstanbuldakı konsulluğuna gəliblər. Hazırda görüş diplomatik korpusda mətbuata qapalı şəkildə keçirilir.
Qeyd edək ki, S. Cəlili Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşüb. Görüşlərdə iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR