Bank Of Baku

Uilyam Heyq: “Böyük Britaniya Suriya müxalifətini silahla təchiz edə bilər”

Uilyam Heyq: “Böyük Britaniya Suriya müxalifətini silahla təchiz edə bilər”
# 19 sentyabr 2012 04:34 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya Suriya müxalifətini silahla təchiz etməyə başlaya bilər. Bu barədə parlament komitəsindəki çıxışı zamanı ölkənin xarici işlər naziri Uilyam Heyq bəyan edib.

Heyq bildirib ki, hazırda Böyük Britaniya Suriya müxalifətçilərini rabitə avadanlığı ilə təchiz edir. Lakin gələcəkdə Suriya müxalifətini silahla təchiz etmək barədə qərar qəbul oluna bilər.

“Məsələ ondadır ki, biz bu addımı digər ölkələrin bu işdə bizi qabaqlamamaları üçün atmalıyıq. Bizdən asılı olmayaraq bu proses gedir”, deyə XİN başçısı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR