Bank Of Baku

Avropa Şurasının baş katibi “Müsəlmanların məsumiyyəti” filmini pisləyib

Avropa Şurasının baş katibi “Müsəlmanların məsumiyyəti” filmini pisləyib
# 19 sentyabr 2012 08:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Yaqlandın fikirləri Avropa Şurasına üzv 47 ölkənin qurumdakı daimi nümayəndələrinə göndərdiyi bəyanatda öz əksini tapıb.

“Biz bu filmi birmənalı şəkildə qınamaqdan başqa reaksiya verə bilmərik. Biz həmçinin ümid etməliyik ki, etiraz aksiyalarının müşahidə olunduğu ölkələrin siyasi və regional liderləri zorakılıq hallarının qarşısını almaq üçün əllərindən gələni edəcəklər”.

Baş katib bu filmdən irqi ayrı-seçkilik və zorakılığın qızışdırılması üçün istifadə oluna biləcəyindən narahatlığını ifadə edib. O qeyd edib ki, Avropa Şurası yaranmış vəziyyəti sakitləşdirmək və gələcəkdə belə halların qarşısını almaq üçün kömək etməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR