Bank Of Baku

Gürcüstanın cəzaların icrası naziri istefa verib – FOTO

Gürcüstanın cəzaların icrası naziri istefa verib – <font color=red>FOTO </font>
# 19 sentyabr 2012 11:24 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın cəzaların icrası naziri Xatuna Kalmaxelidze cəzaçəkmə yerlərində məhkumlara qarşı işgəncə hallarının üzə çıxmasından sonra vəzifəsindən istefa verib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, X. Kalmaxelidze “Facebook”dakı səhifəsində yazıb ki, Tiflisdəki Qldani həbsxanasında baş verənlərlə əlaqədar cəmiyyət qarşısında özünü məsul saydığı üçün bu qərara gəlib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Qldani həbsxanasında məhkumlarla qeyri-insani rəftar hallarının aşkarlandığını açıqlayıb. Belə ki, həbsxananın bir qrup əməkdaşı məhkumlara işgəncə verərək bunu videolentə alıb. DİN videoların bir qismini öz saytında yerləşdirib və digər kadrların ictimai baxış üçün yolverilməz olduğunu bildirib. Müstəqil telekanal “Maestro” və müxalifət liderlərindən olan Bidzina İvanişvilinin “9-cu kanal”ı isə amansız işgəncələr və zorlama hallarının əks olunduğu kadrları yayımlayıb. Kadrlar sosial şəbəkələrdə də yayılıb.

Paytaxt başda olmaqla ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və günahkarların cəzalandırılması tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR